Xəbərlər
Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər
Xəbərlər

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər AÇIQLANDI

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetindən fizika fakültəsinin astrofizika kafedrasının işçisi, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. 

Onun sözlərinə görə, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək:

“Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək”.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun