Yandex watch
Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi:

Bu gün Sumqayıt şəhərində azyaşlılara küçə itlərinin hücumu nəticəsində bir neçə uşaq xəsarət alıb. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində, eyni uşaq bağçasının yaxınlığında baş verib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ilkin məlumata görə, bağçadan ayrı-ayrı vaxtlarda çıxan 9 uşağa itlər hücum edib. Azyaşlılar bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alıblar. Onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən tibb müəssisələrinə çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) verdiyi məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq peyvənd vurulduqdan sonra ambulator müalicəyə buraxılıb.

Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilən digər 8 nəfərdən 4-nə tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş sayılaraq evə buraxılıblar. 1 uşağın isə baş nahiyəsində dişlənmiş-didilmiş yara aşkarlanıb. Hazırda onun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin dəqiq səbəbləri və təhlükəsizliyin təmin edilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

E-saglam.az