Sosial
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların
Sosial
143

Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 işəgötürən tərəfindən 25 kişi işçiyə uşağının doğulması ilə bağlı ödənişli məzuniyyət verilməsinə dair əmr rəsmiləşdirilib.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Xatırladaq ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Bununla əlaqədar yanvar ayında ƏMAS-da işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun