Xəbərlər
Azərbaycanda alkoqollu içkilərin
Xəbərlər
242

Azərbaycanda alkoqollu içkilərin satışı məhdudlaşa bilər

"Yeni layihə qəbul ediləcəyi halda alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər".

E-saglam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bildirib.

"Bundan başqa, keyfiyyətsiz alkoqol istehlakına görə yaranan xəstəliklər beləliklə azala bilər. Çünki keyfiyyətsiz alkoqollu içkilərin insanda hansı xəstəlikləri yaratdığı məlumdur. Daxili bazarda sağlam, haqlı rəqabət aparmaq baxımından da bu layihənin qəbulu müsbət nəticə əldə olunmasına gətirib çıxaracaq", - deyə A.Əmiraslanov bildirib.

Qeyd edək ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı qayda dəyişir. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun