Azərbaycan mətbəxi dünyanın ən yaxşı mətbəxləri siyahısına daxil olub.
E-saglam.az xəbər verir ki, məşhur “Tripadvisor” səyahət agentliyi şirkəti dünya səyahətçiləri arasında apardığı son sorğuya əsasən, 25 ən yaxşı mətbəxi olan ölkələri və onların şəhərlərini açıqlayıb.
Azərbaycanın Bakı şəhəri siyahıda 13-cü yeri tutub. İlk üçlükdə isə Vyetnamın Hanoi, İtaliyanın Roma və Yunanıstanın Krit ada şəhəri yer alıb. Qardaş Türkiyənin mətbəxi isə 14-cü pillədə qərarlaşıb.
//BAKU.WS