Xəbərlər
Azərbaycan FHN-in psixoloq, həkim və xilasediciləri
Xəbərlər
342

Azərbaycan FHN-in psixoloq, həkim və xilasediciləri Aktau şəhərindədirlər

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus "BE-200 ÇS" amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bununla bağlı E-saglam.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

E-saglam.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun