Qidalanma
“Azca duz” deməyin: Bədəninizə vurduğu zərər
Qidalanma
161

“Azca duz” deməyin: Bədəninizə vurduğu zərər düşündüyünüzdən böyükdür

Daxili Xəstəliklər Mütəxəssisi Dr. Semiha Ayaydın Kaplan, həddindən artıq və xüsusilə hazır qidalarda gizli şəkildə qəbul edilən duzun sağlamlığa ciddi zərər verdiyini bildirib. Onun sözlərinə görə, duz təkcə damaqda deyil, damarlarda da iz buraxır.

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı gündə 5 qramdan çox duz qəbulunu məsləhət görmür, lakin duzun bu miqdar orta hesabla iki qat daha çoxdur.

Dr. Kaplan bildirir ki, artıq duz:

- Qan təzyiqini artırır, hipertoniya riskini yüksəldir

- Böyrəkləri yükləyərək zamanla funksiyalarını zəiflədir

- Bədəndə suyu saxlayaraq ödem yaradır

- Ürək və damar sisteminə zərər verir, ürək çatışmazlığı riskini artırır

- Osteoporoz, reflü və qastrit kimi problemlərlə əlaqəlidir

Nə etməli?

- Süfrədə duz qabı qoymayın

- Yeməklərə nəzarətli miqdarda duz əlavə edin

- Ədviyyatlardan istifadə edərək təbii dadlandırmaya üstünlük verin

- Hazır məhsulların etiketlərini oxuyun və duz tərkibinə diqqət yetirin

- Evdə yemək bişirməyə üstünlük verin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun