Az yağlı məhsullar orqanizmə heç bir fayda vermir və istehsalçılar tərəfindən nişasta, qatılaşdırıcı və şəkər əlavə edildiyi üçün onların kalori miqdarı bir neçə dəfə artır.
E-saglam.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində endokrinoloq Mariya Kaloşina danışıb.
Onun sözlərinə görə, lipidlər olmadan protein, kalsium və digər makro və mikroelementlər sorulmur. Bundan əlavə, istehsalçılar az yağlı süd məhsullarına nişasta, qatılaşdırıcılar və şəkər əlavə edirlər - bu, onların kalori miqdarını bir neçə dəfə artırır.
Həmçinin, həkim orta yağ tərkibi 3,5 faiz olan məhsullar seçməyi məsləhət görüb.
Könül Oruc