Yandex watch
Aygül Nəzərli – "Günəşə doğru" gedən yolun

Gənc yazar Aygül Nəzərli son zamanların ən parlaq ədəbi simalarından biri kimi diqqət çəkir. Onun qələmə aldığı "Günəşə doğru" kitabı təkcə Azərbaycanda deyil, artıq beynəlxalq müstəvidə də maraqla qarşılanmağa başlayıb. Hazırda əsərin ingilis dilinə tərcümə olunmuş versiyasının nəşrinə hazırlıq görülür və bu proses ərəfəsində Aygülün fəaliyyəti daha da geniş rezonans doğurur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yazıçı təkcə ədəbiyyatda deyil, incəsənətdə də özünü uğurla ifadə edir. ABŞ-nin Nyu-Cersi əyalətində fəaliyyətə başlayan Yeni Azərbaycanlılar cəmiyyətinin, SHAUS təşkilatının  keçirdiyi Novruz bayramı tədbirində Aygül Nəzərli piano ifası ilə iştirakçıların böyük rəğbətini qazandı. Onun musiqi bacarığı və incə duyumla ifa etdiyi əsərlər tədbirə xüsusi rəng qatdı.

Aygül Nəzərli ABŞ-də Azərbaycanı təmsil edən gənc ziyalılar arasında xüsusi yer tutur. O, mədəniyyətimizin təbliğində könüllü elçi kimi çıxış edir, eyni zamanda müasir Azərbaycan qadınının intellektual və yaradıcı obrazını formalaşdırır. "Günəşə doğru" əsəri də məhz bu ideyaların daşıyıcısı kimi oxuculara ümid, dirəniş və mənəvi güc aşılayır.

İstər ədəbi fəaliyyəti, istərsə  də beynəlxalq platformadakı uğurları ilə Aygül Nəzərli Azərbaycanın səsini dünyaya çatdıran yeni nəsil yazarların ön sırasında dayanır. Onun uğur hekayəsi hələ yeni başlayır və biz bu işıqlı yolun daha böyük zirvələrə aparacağına inanırıq.

E-saglam.az