Ümumi praktikant Əmir Xan “Daily Mirror”a açıqlamasında bildirib ki, ayaqların vəziyyəti ciddi xəstəliklərin ilkin əlamətlərini çox erkən göstərə bilər. Onun sözlərinə görə, aşağı ətrafların vizual müayinəsi sağlamlıqla bağlı vacib məlumatlar verir.
E-saglam.az xəbər verir ki, həkim qeyd edib ki, sağalmayan yaralar bəzən zəif qan dövranının, hətta xərçəngin əlaməti ola bilər. Qan axınının zəif olduğu hallarda ayaqlar və barmaqlar daim soyuq qalır.
Xan bunu belə izah edir: “Ayaqlardakı kiçik damarlar düzgün işləmədikdə qan dövranı məhdudlaşır və soyuqluq yaranır”.
Mütəxəssis ayaqlarda yanma və ya keyimə hissinin də nəzərə alınmalı olduğunu əlavə edib. Bu simptomlar diabet və ya B12 vitamini çatışmazlığı səbəbindən sinir zədələnməsi ilə əlaqəli ola bilər. Ayaqaltı ağrı isə plantar fasiit, stress sınıqları və ya tendonit kimi xəstəliklərin göstəricisidir.
Həkim bildirir ki, bu hallarda ağrı ayaqqabınızdakı daş kimi kəskin və sancılan şəkildə hiss oluna bilər.
Tərcümə: Könül Oruc