Xəbərlər
Avropada gözlənilən ömür uzunluğu
Xəbərlər
124

Avropada gözlənilən ömür uzunluğu 82 yaşa yüksəldi

Avropa İttifaqı (Aİ) ölkələrində gözlənilən ömür uzunluğu 2024-cü ilin məlumatlarına görə 81,7 ilə çatıb. Bu, əvvəlki illə müqayisədə 0,3 il artım deməkdir.

E-saglam.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) açıqlayıb ki, ən uzun ömür İtaliya və İsveçdə qeydə alınıb – 84,1 il. İspaniyada bu göstərici 84, Lüksemburqda 83,5, Maltada isə 83,3 ildir. Fransada ömür uzunluğu 83,1 il, Almaniyada isə 81,5 il təşkil edib.

Ən aşağı göstəricilər Bolqarıstanda 75,9, Rumıniyada 76,6 və Latviyada 76,7 il olaraq qeydə alınıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun