Tibbi xəbərlər
Avropada atlarda yeni virus aşkarlandı –
Tibbi xəbərlər
153

Avropada atlarda yeni virus aşkarlandı – insanlara yoluxma riski varmı?

İsveçdə atlar arasında daha əvvəl müşahidə olunmayan yeni dəri infeksiyası – parapoksvirus – qeydə alınıb.

E-saglam.az xəbər verir ki, İsveç Milli Baytarlıq İnstitutu iki yoluxma faktını təsdiqləyib. Bildirilib ki, xəstə atların ayaqlarında yaralar, qabarcıqlar və iltihabi dəyişikliklər əmələ gəlib. Bu virus ilk dəfə 2021-ci ildə Finlandiyada aşkarlanmış və bir neçə təsərrüfatda sürətli yayılma ilə epidemiyaya səbəb olmuşdu.

Qurumun mütəxəssisləri hazırda İsveçdə geniş yayılma ehtimalını aşağı qiymətləndirir. Bununla belə, xəstə atlarla birbaşa təmas və ya çirklənmiş avadanlıq, yəhər, fırça və geyim vasitəsilə yoluxma mümkündür. Buna görə də heyvanlarla işləyən insanlara qoruyucu əlcək və uyğun geyimdən istifadə etmək tövsiyə edilir.

Mütəxəssislər əlavə edirlər ki, virus zoonotikdir — yəni nadir hallarda insanlara da keçə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun