Yandex watch
Avokado xəstəliklərdən

Prof. Dr. Aysun Bay son illərdə getdikcə populyarlaşan avokadonun faydaları ilə bağlı açıqlamalar verib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, avokadonun qida dəyəri baxımından bənzərsiz bir meyvə olduğunu ifadə edən həkim bu meyvənin sağlamlığa təsirlərini izah etdi.

Avokadonun vitamin və mineral baxımından çox zəngin olduğunu ifadə edən Prof. Dr. Bay, yüksək miqdarda kalium, omeqa yağları və antioksidanlar sayəsində ürək sağlamlığını dəstəklədiyini söylədi.

O, avokadonun həzmi asanlaşdıraraq bağırsaq sağlamlığını qoruduğunu və immunitet sistemini gücləndirdiyini də ifadə etdi.

Avokado kimi təbii qidalar orqanizm üçün təbii müalicə qaynağıdır. Avokado sağlam yağlar, lif, vitaminlər və minerallarla zəngin olan qidalar arasında yer alır.

Tərkibindəki Omega-3 yağ turşuları ürək sağlamlığını qoruyur və xolesterolu tarazlaşdırmağa kömək edir.

E və C vitaminləri sayəsində dərini qidalandırır və antioksidant təsiri göstərir.

K və fol turşusu beyin funksiyalarını dəstəkləyərək yaddaşı gücləndirir.

Liflə zəngin olması həzm sistemini yaxşılaşdırır və toxluq hissini artırır.

Kalium baxımından zəngin olduğu üçün qan təzyiqini tənzimləyərək hipertoniya riskini azaldır.

Könül Oruc

E-saglam.az