Xəbərlər
Autizm sindromlu əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə əhatə edilib
Xəbərlər

Autizm sindromlu əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə əhatə edilib

Hazırda ölkəmizdə 5 min autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində həmin kateqoriyadan olan şəxslərə reabilitasiya xidmətləri göstərilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən E-saglam.az-a verilən məlumata görə, autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafı, sərbəst yaşamaq imkanlarının dəstəklənməsi məqsədilə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə reabilitasiya xidmətlərinə cəlb olunurlar.

Agentlik tərəfindən həmin şəxslər ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan həmin terapiya autizm spektr pozuntusu ilə yanaşı, Daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Mərkəzlərdə autizm sindromlu əlilliyi olan şəxslər ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri ilə təmin edilirlər.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun