JSC Meditsina şirkətinin psixoterapevti İrina Kraşkina ataların uşaqların psixoloji inkişafına necə təsir etdiyini izah edib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, müasir “yaxşı ata” ailənin rifahını təmin edən şəxsdən daha çox uşaqla vaxt keçirən, gündəlik qayğıda iştirak edən, valideynlik qərarlarında fəal rol oynayan və emosional cəhətdən əlçatan olan yetkindir.
Kraşkina qeyd edib ki, qadınlar daha çox qayğıkeş və emosional cəhətdən açıq atanın vacibliyini vurğulayır. Bu, daha "psixoloji cəhətdən həssas" kişilik standartını formalaşdırır, yəni kişi yalnız nəzarət və intizam tətbiq etməklə kifayətlənmir, həm də emosiyalarını ifadə edir, empatiya göstərir və incə dəstəyi təmin edir.
Tərcümə: Könül Oruc