Asiyada əsrlərdir istifadə olunan zərdəçallı süd, rahat və dərin yuxu üçün təbii vasitə kimi tanınır. Bu qədim qarışıq yalnız yuxunu deyil, eyni zamanda həzm sistemini də tənzimləyir.
E-saglam.az-ın məlumatına görə, zərdəçalın tərkibindəki kurkumin maddəsi immuniteti gücləndirir, orqanizmi toksinlərdən təmizləyir və stressi azaldaraq daha keyfiyyətli yuxuya səbəb olur. Südün tərkibindəki triptofan isə melatonin hormonunun istehsalını artıraraq beynin yuxu dövrünü dəstəkləyir.
Mütəxəssislər bu qarışığın xüsusilə gecə yatmazdan əvvəl içilməsini tövsiyə edirlər.
"Altın süd" kimi tanınan bu içki həm boğazı yumşaldır, həm də mədə turşusunu azaldaraq rahat gecə yuxusu təmin edir.
Tərcümə: Könül Oruc