Artıq yağlardan qurtulmaq üçün
Artıq yağlardan qurtulmaq üçün

Böyük Britaniyadan olan 22 yaşlı fitnes məşqçisi onun yağdan qurtulmasına və əzələ qurmasına kömək edən sadə texnikaları açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun məsləhətini "Daily Star" nəşr edib.

Məşqçi müntəzəm olaraq sosial şəbəkələrdə abunəçilərlə məşq və arıqlama sirlərini bölüşür. Bu yaxınlarda o, artıq yağını itirməsinə kömək edən gündəlik fəaliyyətində üç sadə dəyişikliyi paylaşıb. 

Belə ki, əvvəla, o, bir insanın gündə getdiyi adi məsafəyə əlavə üç min addım atmağı məsləhət görüb.

Məşqçi, həmçinin kardio məşqlərini qaçırmamağı və əsas işə diqqət etməyi tövsiyə edib. 

O, həmçinin bir pəhriz dəyişikliyi etməyi tövsiyə edib: “Mən kalori qəbulumu bir neçə yüz azaltdım, lakin əzələ itkisinin qarşısını almaq üçün protein səviyyələrimi eyni saxladım". 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az