Sağlamlıq
Artıq çəki ilə piylənməni necə ayırd edə bilərik?
Sağlamlıq

Artıq çəki ilə piylənməni necə ayırd edə bilərik? - Mütəxəssis açıqlayır

Bu sözləri E-saglam.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi, nutrisioloq Yeganə Nəsirli deyib.

O, artıq çəki və piylənmə arasındakı fərqləri aşağıdakı kimi izah edib: 

Artıq çəki Bədən Kütlə İndeksi (BKİ) hesablamalarında norma daxilində olmayan, lakin piylənmə həddini aşmayan əlavə bədən çəkisinin olması halıdır.

Piylənmə BKİ hesablamalarında müəyyən bir dəyərin üzərində olan və ciddi sağlamlıq riskləri yaradan bədən yağının artıq olması vəziyyətidir.

- BKİ 25 ilə 29,9 arasında olan insanlar ümumiyyətlə artıq çəkili hesab olunurlar.

- BKİ 30 və yuxarı olan insanlar obezite sinfinə aiddir. 

Artıq çəki bəzi sağlamlıq riskləri daşıya bilər, lakin piylənmə qədər ciddi olmaya bilər. Məsələn, diabet, ürək xəstəliyi və bəzi xərçəng növləri riski artır.

Piylənmə daha yüksək sağlamlıq riskləri ehtiva edir. Tip 2 diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi, oynaq pozğunluqları və yuxu apnesi kimi ciddi sağlamlıq problemləri riski artır.

Artıq çəki sağlam qidalanma, məşq və həyat tərzi dəyişiklikləri ilə idarə oluna bilər.

Piylənmə daha ciddi müdaxilələr tələb edir. Qidalanma məsləhətləri, məşq proqramları, tibbi müalicələr və bəzən cərrahi üsullardan istifadə edilə bilər.

Hər ikisi sağlamlıq baxımından nəzərə alınması lazım olan şərtlər olsa da, piylənmənin daha ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcəyi unudulmamalıdır.

Könül Oruc

E-saglam.az

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun