Sağlamlıq
Arıqlamaq üçün vacib olan “toxluq molekulları”nı necə yaradaq?
Sağlamlıq

Arıqlamaq üçün vacib olan “toxluq molekulları”nı necə yaradaq?

E-saglam.az xəbər verir ki, qan şəkərinə nəzarət etmək üçün metmorfin qəbul edən şəkərli diabet xəstələrinin qan nümunələrini öyrənən elm adamları dərmanın “lak-phe” adlı molekulun istehsalını stimullaşdırdığını aşkar ediblər. “Lak-phe” bəzən maddələr mübadiləsini normallaşdıra və iştahanı idarə edə bildiyinə görə “toxluq molekulu” adlanır.

Sonrakı araşdırmalar göstərib ki, bədəndə “lak-phe” sayını artırmaq yalnız dərman vasitəsilə deyil, həm də fiziki məşqlərlə mümkündür. Alimlər aydınlaşdırıblar ki, intensiv məşqdən sonra “toxluq molekullarının” istehsalı sürətlənir.

Fakt budur ki, kompleks məşq bədəndə qlükozanın parçalanmasını stimullaşdıra bilər (bununla qan şəkərinin səviyyəsini aşağı salır) və toxumalarda laktat (lakton turşu) əmələ gəlməsini artıra bilər. Laktat  - əzələlər əhəmiyyətli dərəcədə yorğun olduqda istehsal olunan hüceyrə mübadiləsinin məhsuludur. Elm adamları “lak-phe”ni laktat və fenilalanin adlı bir zülal turşusunun qarışığı kimi xarakterizə ediblər.

Mənbə: Gazeta.ru /Oxu.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun