Xəbərlər
Arıqlamaq üçün dərman içənlərin
Xəbərlər

Arıqlamaq üçün dərman içənlərin gözləri kor oldu

ABŞ-da diabet və arıqlama dərmanı “Ozempik”dən istifadə edəndən sonra görmə itkisi ilə üzləşənlərin sayı getdikcə daha da artır.

E-saglam.az bildirir ki, “Daily Mail” şəkər xəstəliyinə görə iynə vuran və səhəri səhər sol gözü kor olaraq oyanan qadının hekayəsindən bəhs edib. Bundan sonra o, dərman qəbul etməyi dayandırıb, lakin şəkər xəstəliyinə görə yenidən qəbul etməli olub. İki həftə sonra sağ gözünün görmə qabiliyyətini itirib.

Bildirilib ki, bir il ərzində dərman qəbul edən başqa bir qadın tor qişanın damarlarının zədələnməsi səbəbindən görmə qabiliyyətini itirib.

Tədqiqatçılar, yeddi xəstədə optik sinirə qan axınının tıxandığı bir vəziyyət olduğunu da aşkar ediblər.

Ekspertlərin sözlərinə görə, xəstələrdə görmə itkisinin dəqiq səbəbi aydın deyil. Güman edilir ki, bu təsir qan damarlarına mənfi təsir göstərən qan şəkərinin səviyyəsinin sürətlə azalması nəticəsində yarana bilər. (lent.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun