Qidalanma
Arıqlamağa kömək edən
Qidalanma
115

Arıqlamağa kömək edən qeyri-adi məhsul açıqlanıb

Diyetoloq Yuri Brabechan arıqlama prosesində gözlənilməz bir köməkçi kimi xardalın istifadə oluna biləcəyini bildirib.

E-saglam.az  xəbər verir ki, mütəxəssis qeyd edib ki, xardal dərman deyil, ədviyyatdır və onu hər yeməklə deyil, ölçülü şəkildə istifadə etmək lazımdır.

Onun sözlərinə görə, xardal yüksək kalorili sousların, xüsusilə mayonezin daha yüngül alternativi kimi çıxış edə bilər. Sadə bir qarışım kimi xardalın yunan qatığı və göyərti ilə birləşdirilməsi tövsiyə olunur. Bu sous salatlar, toyuq, hinduşka, balıq və yumurta kimi qidalarla uyğun hesab edilir.

Mütəxəssis gündəlik təhlükəsiz miqdarın iki çay qaşığından çox olmamasını tövsiyə edib. Bununla yanaşı, xardalın hər kəs üçün uyğun olmadığını vurğulayıb və mədə-bağırsaq xəstəlikləri, yüksək turşuluq və iltihabi problemləri olan şəxslərə məsləhət görülmədiyini bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun