Xəbərlər
AQTA Zaqatalada baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticələrini açıqlayıb
Xəbərlər
474

AQTA Zaqatalada baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticələrini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən E-saglam.az-a verilən məlumata görə, Agentliyə müraciət daxil olduqdan dərhal sonra əməkdaşlar tərəfindən qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsində müayinələrin aparılması üçün məhsullardan, alət və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Laboratoriyanın yekun sınaq protokoluna əsasən müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində bakteriyalar aşkarlanıb.

Bununla da hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun