Xəbərlər
AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı
Xəbərlər
345

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 100-ə yaxın müəssisədə nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb.

AQTA-dan E-saglam.az-a verilən məlumata görə, COP29 konfransının keçirilməsi ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində aprel ayının 22-dən etibarən monitorinqlərin növbəti mərhələsinin keçirilməsinə başlanılıb.

53 ticarət və 50 ictimai iaşə olmaqla, ümumilikdə 103 müəssisədə monitorinqlər həyata keçirilib. Monitorinqlər nəticəsində 50 ticarət və 43 ictimai iaşə olmaqla, 93 müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib.

Agentlikdən bildirilib ki, bu cür nəzarət tədbirlərinin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) cari ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək.

AQTA COP29-la bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tədbirdə qidalanmanın təşkili ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun