Xəbərlər
Anasının və ögey atasının yeməyinə 6 aydır zəhər qatdığı üzə çıxan
Xəbərlər
633

Anasının və ögey atasının yeməyinə 6 aydır zəhər qatdığı üzə çıxan şəxs həbs edildi - VİDEO

Moskva vilayətinin Balaşixa şəhərində 6 aydır ailə üzvlərinin yeməyinə kimyəvi maddələr qatmaqda şübhəli bilinən şəxs saxlanılıb.

E-saglam.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Müstəntiqlər bildirirlər ki, 25 yaşlı şəxs yanvar-iyun aylarında ailəsinin yeməyinə güclü kimyəvi maddələr əlavə edib. Bundan sonra yaşlı ailə üzvləri özlərini pis hiss ediblər. Səhhətləri qəfil pisləşən cütlük xəstəxanaya gedib. Həkimlər məsələni aydınlaşdıra bilmədikləri üçün istintaq şöbəsinə məlumat veriblər.

Polislərin cütlüyün mənzilində apardığı araşdırmalar zamanı insan sağlamlığını xeyli pisləşdirə bilən kimyəvi elementlər aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə kameralar quraşdırıb. Beləliklə, həmin maddələri yeməklərə qadının oğlunun qatdığı məlum olub.

Dindirilmə zamanı da o, öz günahını etiraf edib.

Mash “Telegram” kanalının məlumatına görə, həmin gənc ailənin mənzillərini ələ keçirmək üçün bu addımı atıb.

Ona qarşı cinayət işi açılıb. 25 yaşlı oğlanın hazırda həbsdə olduğu bildirilir.(medicina.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun