Xəbərlər
ANAMA sədri: Vətən müharibəsindən indiyədək
Xəbərlər
261

ANAMA sədri: Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub

Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub.

Bu sözləri "Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşına Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq:

"Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonunun Sarıcallı kəndi ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanış oluruq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi olaraq belə səyyar toplantılar keçirir".

Sədr təəssüflə qeyd edib ki, mina qurbanlarının sayı artır: "Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minaların qurbanı olub".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun