Sağlamlıq
Alzheimer və beyin yaşlanmasına qarşı yenilikçi həll -
Sağlamlıq

Alzheimer və beyin yaşlanmasına qarşı yenilikçi həll - Keton pəhrizi

Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanası Qidalanma və Pəhriz Mütəxəssisi Gamze Çakaloğlu, keton pəhrizlərinin Alzheimer və yaşlanmaya bağlı beyin zədələrinə müsbət təsir göstərə biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, xəstəxanadan verilən açıqlamaya görə, keton cisimləri beynin təbii təmizlənmə prosesini aktivləşdirərək, zərərli zülalların bədəndən çıxarılmasını asanlaşdırır.

Cell Chemical Biology jurnalında dərc edilən yeni bir araşdırmada keton cisimlərinin beyindəki zülal quruluşuna və idarə mexanizmlərinə təsiri araşdırılıb. Siçanlar və geni dəyişdirilmiş qurdlarla aparılan təcrübələrdə, ketonlarla qidalanan subyektlərin beyində yığılan zərərli zülalların təmizləndiyi və onların normal funksiyalarının bərpa olunduğu müşahidə edilib.

Çakaloğlu, bu nəticələrin keton cisimlərinin beyindəki zülal quruluşuna və idarə mexanizmlərinə təsirlərini ortaya qoyduğunu və insanların üzərində daha geniş araşdırmalar aparılmasına səbəb ola biləcəyini qeyd edib.

Beyin sağlamlığını yaxşılaşdırmaq üçün güclü addım

Oruc tutmaq, az karbohidratlı pəhrizlər və ya ketogenik əlavələr vasitəsilə artan keton cisimləri yalnız enerji təmin etməklə qalmır, həm də beyindəki zərərli zülalları əridir. Çakaloğlu, bu mexanizmin Alzheimer kimi neyrodegenerativ xəstəliklərin gedişatını yavaşlata biləcəyini və yaşlanma ilə əlaqəli koqnitiv geriləmənin qarşısını ala biləcəyini vurğulayıb.

Keton cisimlərinin təbii şəkildə artırılmasının mümkün olduğunu qeyd edən mütəxəssis, aşağı karbohidratlı ketogenik pəhrizlərin, aralıq orucun, nizamlı fiziki fəaliyyətin və həkim məsləhəti ilə istifadə edilən ketogenik əlavələrin beyin sağlamlığını dəstəkləyə biləcəyini bildirib. Bununla yanaşı, bu üsulların mütəxəssis nəzarəti altında tətbiq edilməsinin vacib olduğunu əlavə edib.

Alzheimer və yaşlanmaya qarşı yenilikçi həll

Çakaloğlu, keton pəhrizlərinin Alzheimer və yaşlanma proseslərinə qarşı yenilikçi bir həll təklif edə biləcəyinə diqqət çəkib. O, ketonların beyin sağlamlığına təsirlərinin daha dərindən araşdırılması lazım olduğunu bildirib və mütəxəssislərin, beyin sağlamlığını qorumağa yönəlmiş hər bir tədbirin gələcəkdə daha sağlam bir həyat tərzi üçün əsas ola biləcəyini qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun