"Almanların çox maraqlı bir sözü var "Drachenfutter". Bu söz əjdaha yemi anlamına gəlir".
Bu sözləri E-saglam.az-a açıqlamasında Münasibət kouçu Kama Ahmad deyib.
O, bildirib ki, əjdaha yemi olaraq Almaniyada kişilər evə gec və içkili gəldikləri, həyat yoldaşlarını aldatdıqları zaman qəzəbli arvadlarını sakitləşdirmək üçün aldıqları kiçik hədiyyələrlə adlandırırlar:
"Onlar mağazaya gəlib, satıcıya "mənə əjdaha yemi ver"- deyəndə satıcı artıq anlayır ki, ya konfet, ya çiçək, ya üzük və ya buna bənzər bir şey lazımdır.
Bu "əjdaha yemi"ni alman ərləri hər dəfə arvadlarının bəyənmədiyi bir şeyi etdiyi zaman verirlər və Almanlar inanırlar ki, əjdaha yemi olmasaydı, Almaniyada boşanma nisbəti indi olduğundan daha yüksək olardı".
Könül Oruc