Tibbi xəbərlər
Alkoqolla birlikdə bu dərmanları qəbul etmək təhlükəlidir –
Tibbi xəbərlər
8

Alkoqolla birlikdə bu dərmanları qəbul etmək təhlükəlidir – həkim xəbərdarlıq edir

Spirtli içkilərin bəzi dərmanlarla birlikdə qəbulu ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislər xüsusilə alkoqolun yuxu dərmanları ilə birlikdə istifadəsinin qətiyyən tövsiyə olunmadığını bildirir.

E-saglam.az xəbər verir ki, Andrey Tyurin qeyd edib ki, alkoqol və yuxu dərmanları eyni təsir mexanizminə malikdir. Hər iki maddə beyində sakitləşdirici təsir göstərərək sinir sisteminin fəaliyyətini zəiflədir və yuxululuq yaradır.

Onun sözlərinə görə, bu maddələr eyni vaxtda qəbul edildikdə təsir gücü bir neçə dəfə artır. Nəticədə, adi doza belə orqanizm üçün həddindən artıq güclü təsir göstərə bilər və gözlənilməz fəsadlara səbəb olar.

Mütəxəssis vurğulayır ki, bu birləşmə mərkəzi sinir sisteminin dərin zəifləməsinə gətirib çıxara bilər. Bu isə tənəffüsün yavaşlaması, huşun itməsi və ağır hallarda həyati təhlükə ilə nəticələnə bilər.

Həkimlər tövsiyə edir ki, hər hansı dərman qəbul edərkən alkoqoldan uzaq durmaq və xüsusilə yuxu dərmanları ilə birlikdə istifadədən tamamilə imtina etmək lazımdır. Sağlamlıq üçün risklərin qarşısını almaq üçün dərman qəbulundan əvvəl mütləq mütəxəssis məsləhəti almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun