Yandex watch
Alkoqol qədər zərərli olan içki növü

Şirin qazlı içkilərdən tamamilə imtina etmək daha yaxşıdır, çünki onlar spirt kimi şişkinliyə səbəb olurlar

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, tibb elmləri namizədi, terapevt İrina Baranova Telegram kanalında məşhur içki kateqoriyasının xoşagəlməz yan təsirindən danışıb.

Həkim şəkərli qazlı içkiləri zəhər adlandırıb: "Bu içkilər, heç bir halda masada olmamalıdır. Şirin qazlı içkilər şəkər və sürətli karbohidratların mənbəyidir, belə bir birləşmə spirtdən az olmayan şişkinliyə və insulin səviyyəsində artımlara səbəb ola bilər".

Baranova yeganə istisna olaraq keyfiyyətli mineral suyun faydalı ola biləcəyini nəzərə çatdırdı.

"Bundan əlavə, zahiri görünüşə mənfi təsir göstərən gizli şəkərə şirələrdə, ketçuplarda, hazır salat soslarında, bəzi qatıqlarda, çörək məmulatlarında rast gəlmək olar", - deyə həkim sadalayıb. Bununla belə, onun sözlərinə görə, ödemin ən güclü mənbələri şəkər və qazlı su ilə pivə və spirtli kokteyllərdir.

Tərcümə: Könül Oruc

E-saglam.az