Xəbərlər
Alimlərin yeni tədqiqatı: Buzlaqların əriməsi
Xəbərlər
329

Alimlərin yeni tədqiqatı: Buzlaqların əriməsi sunami riskini artırır

Almaniyanın Potsdam Universitetinin alimləri təxminən bir il əvvəl Qrenlandiyanın şərq sahillərini vuran nəhəng sunaminin səbəbini müəyyən edən araşdırma aparıblar.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələri "The Sesmic Records" (TSR) elmi jurnalında dərc olunub.

Tədqiqatçılar hadisə yerindən 5 min kilometr radiusda yerləşən zəlzələ stansiyalarının seysmik məlumatlarını təhlil edib. Bununla onlar nəhəng dalğanın yaranmasına səbəb olan sualtı sürüşmədən sonra uzun müddət davam edən siqnalları aşkarlayıblar.

Mütəxəssislər bir həftədən çox davam edən və təxminən bir metr hündürlüyündə daimi dalğanın mövcudluğunu təsdiqləyiblər.

Alimlər hesab edirlər ki, bu hadisə Qrenlandiyada buzlaqların əriməsi ilə bağlı olub. Proses yeni sürüşmələrin və sunamilərin ehtimalını artırır.

Xatırladaq ki, 2017-ci ildə adanın qərbində sunami Nuuqaaisiak kəndində 11 evi dağıdıb, 4 nəfərin həyatına son qoyub.(Report.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun