Faydalı
Alimlər qocalmanı ləngidən və yaddaşı yaxşılaşdıran
Faydalı
345

Alimlər qocalmanı ləngidən və yaddaşı yaxşılaşdıran içki növünü açıqlayıb

Son illərdə, gözlənilən ömür uzunluğu artdıqca, beyin sağlamlığı ilə bağlı araşdırmalarda da artım var. Koqnitiv funksiyaların qorunması elm adamları üçün prioritet vəzifədir.

E-saglam.az xəbər verir ki, beləliklə, Tsukuba Universitetinin (Yaponiya) bir qrup tədqiqatçısı hər kəsin sevimli içkisinin yeni müsbət xüsusiyyətini tapdı.

Alimlər siçanlar üzərində təcrübə aparıblar. Heyvanlara 30 gün ərzində triqonelin verdilər. Bu təbii birləşmə müxtəlif bitkilərdə, o cümlədən qəhvə dənələri, fenugreek və Yapon turpunda olur. Siçanlar artıq ilk həftələrdə koqnitiv beyin funksiyalarında irəliləyişlər göstərdilər. Gəmiricilər Morris labirintində yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını nümayiş etdirdilər.

Alimlər araşdırmanın şərhində bunları qeyd ediblər:

Gen ontologiyasının təhlili göstərdi ki, eksperimental siçanlarda sinir sisteminin inkişafı, mitoxondrial funksiya, iltihabla əlaqəli bir neçə siqnal yollarının sintezi, autofagiya və neyrotransmitterlərin sərbəst buraxılması daxil olmaqla, bioloji proseslərin geniş spektri əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir.

Ancaq trigonellin əldə etmək o qədər də çətin deyil. Bu alkaloid qəhvədə olur. Beləliklə, sevimli içkinizi tərk etməyə ehtiyac yoxdur. Səhər yalnız bir fincan yaddaş və diqqəti yaxşılaşdırmağa kömək edəcək.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun