Qidalanma
Alimlər qan təzyiqini aşağı salan
Qidalanma
224

Alimlər qan təzyiqini aşağı salan gözlənilməz içkinin adını açıqlayıblar

Alimlər pomidor şirəsi içməyin hipertoniya xəstəsi olan yaşlı insanlarda təzyiqi aşağı sala biləcəyini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, onların işlərinin nəticələri “Vocational Nursing Science” jurnalında dərc olunub.

Tədqiqat zamanı yüksək qan təzyiqi olan yaşlı insanlar üç gün ərzində gündə iki dəfə pomidor suyu qəbul ediblər. Tədqiqatçıların fikrincə, bu qısa müddətli müalicə belə iştirakçıların qan təzyiqində əhəmiyyətli dəyişiklik yaradıb: göstəricilər 160/100 mm civə sütunundan 150/90 mm civə sütununa qədər azalıb.

Müəlliflərin qeyd etdiyi kimi, bu təsir, çox güman ki, pomidorun tərkibindəki çoxlu faydalı maddələrlə bağlıdır. 100 q tərəvəzin tərkibində 1 q protein, 4,2 q karbohidrat, 5 mq kalsium, 360 mq kalium, 0,5 mq dəmir, 40 mq C vitamini və 6 mq B vitamini var.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun