Qidalanma
Alimlər pekan qozunun ürək üçün
Qidalanma
11

Alimlər pekan qozunun ürək üçün faydalarını sübut ediblər

Pekan qozu həqiqətən ürək üçün faydalıdır.

Klinik tədqiqatlar göstərir ki, müntəzəm olaraq pekan yeyilməsi ürək-damar sağlamlığının əsas göstəricilərini yaxşılaşdırır. Xüsusilə, pekan yeyənlərdə ümumi xolesterol, pis LDL (xolesterol) və triqliserid səviyyələri aşağı olur.

Bundan əlavə, pekan qozları lipid oksidləşməsini yavaşladan və ürək-damar xəstəliklərinin əsas səbəbi olan oksidləşdirici stresslə mübarizə aparan güclü antioksidantlar olan polifenollarla zəngindir.

Pekanların qan şəkəri səviyyəsinə təsiri ilə bağlı məlumatlar hələ də ziddiyyətlidir. Bəzi tədqiqatlar göstərir ki, rafinə edilmiş karbohidratları pekanlarla əvəz etmək insulin reaksiyasını yaxşılaşdırır, lakin qəti nəticələr çıxarmaq üçün hələ tezdir.

Çəkiyə gəldikdə isə, yaxşı xəbər odur ki, heç bir araşdırma pekan yeməyin çəki artımına səbəb olduğunu təsdiqləməyib. Bundan əlavə, qoz toxluq hissini artırır və bu da iştahanı idarə etməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun