Qidalanma
Alimlər kartof qızartmasını daha sağlam etməyin
Qidalanma
123

Alimlər kartof qızartmasını daha sağlam etməyin yolunu tapıblar

Amerikalı alimlər kartof qızartmasının yağ tərkibini azaltmaq üçün yeni üsul təklif ediblər.

E-saglam.az xəbər verir ki, İllinoys Universitetinin tədqiqatçıları göstəriblər ki, mikrodalğalı sobada qızartma ilə ənənəvi qızartmanı birləşdirmək həm yağın udulmasını azaldır, həm də xırtıldayan qabığı qoruyur.

Qızardılmış qidaların yüksək yağ tərkibi uzun müddətdir qidalanma mütəxəssislərinin narahatlıq doğuran məsələsidir. Bu, piylənmə və ürək-damar xəstəlikləri riskini artırır. Lakin qida mühəndisliyi professoru Pavan Sinqh Taxar qeyd edir ki, istehlakçılar çox vaxt dadı önəmli hesab edir. Onun sözlərinə görə, məqsəd dad və teksturanı qoruyaraq yağ miqdarını azaltmaqdır.

Yeni metodun sirri prosesin fizikasındadır. Ənənəvi qızartma zamanı kartofun içindəki su buxarlanır və mənfi təzyiq yaranır, bu da yağı məhsulun məsamələrinə çəkir. Mikrodalğalı radiasiya isə məhsulu içəridən qızdıraraq buxarın sürətli əmələ gəlməsini təmin edir və yağın nüfuz etməsinin qarşısını alır.

Təcrübələr göstərib ki, xüsusi iki tezlikli qızartma cihazı bişirmə müddətini qısaldır və udulmuş yağ miqdarını azaldır. Alimlər vurğulayıblar ki, ənənəvi qızartmadan tamamilə imtina etmək lazım deyil. Yanaşmanı birləşdirmək xırtıldayan qabığı qoruyur, mikrodalğalı qızartma isə yağ istehlakını azaldır.

Tədqiqatçılar hesab edirlər ki, bu üsul kommersiya miqyasında da tətbiq oluna bilər və sənaye fritözləri nisbətən ucuz mikrodalğalı generatorlarla yenidən təchiz edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun