Kanadalı alimlər iki amilin birləşməsinin dərinin sürətli qocalmasına səbəb olduğunu aşkar ediblər.
E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.
Problemli iki amil siqaret tüstüsü və ultrabənövşəyi radiasiyaya məruz qalmadır. Əvvəlki tədqiqatlar bu amillərə ayrı-ayrılıqda baxırdı, lakin yeni araşdırmada tədqiqatçılar ikisinin birləşməsinə baxdılar.
Dərinin təbəqələrini araşdıraraq gördük ki, siqaret tüstüsü ultrabənövşəyi şüalarla birləşərək dərinin elastikliyinə və gənc görünüşünə cavabdeh olan 3 və 4-cü tip kollagenin miqdarının daha sürətli azalmasına, həmçinin dərinin sallanmasına səbəb olur.
Faktorların bu kombinasiyası həmçinin metaloproteinazın miqdarını artırır, bu ferment artıq olduqda kollageni məhv edir.
Tərcümə: Könül Oruc