Tibbi xəbərlər
Alimlər demensiyanı illərlə gecikdirəcək
Tibbi xəbərlər
120

Alimlər demensiyanı illərlə gecikdirəcək amili müəyyən ediblər

Amerikalı alimlər genişmiqyaslı araşdırma aparıblar və aydın nəticəyə gəliblər. Eşitmə itkisi beyində degenerativ proseslərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

E-saglam.az xəbər verir ki, araşdırma JAMA Otolarinqologiya jurnalında dərc olunub.

Con Hopkins Universitetinin alimləri üç minə yaxın qocanın sağlamlığını araşdırıblar. Məlum olub ki, demək olar ki, hər üçüncü diaqnoz qoyulmuş demans eşitmə itkisi ilə bağlıdır.

Bu, eşitmə itkisinin müalicəsinin çox sayda yaşlı insanlarda demansın başlanğıcını gecikdirə biləcəyini göstərir.

Tədqiqat müəllifləri deyirlər ki, eşitmə itkisinə erkən müdaxilə idrak pozğunluğunun inkişafını bir neçə il gecikdirə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun