Sağlamlıq
Alimlər: Davamlı yuxu rejimi erkən ölüm riskini
Sağlamlıq

Alimlər: Davamlı yuxu rejimi erkən ölüm riskini azaldır

Britaniya alimləri müəyyən ediblər ki, ciddi yuxu rejimi təhlükəli xəstəliklərin inkişafı və vaxtından əvvəl ölüm ehtimalını 48% azalda bilər.

E-saglam.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "BBC Science Focus" məlumat yayıb.

Tədqiqatda 61 000-dən çox iştirakçının məlumatlarından istifadə edilib. Bir neçə il ərzində elm adamları alqoritmlər və xüsusi cihazlardan istifadə edərək subyektlərin yuxu rejimini təhlil edib, həmçinin ölüm nisbətlərini izləyiblər. Nəticələr göstərib ki, gecə yeddi-səkkiz saat yatan, lakin hər dəfə müxtəlif vaxtlarda yatıb oyanan insanlarda insult və ürək-damar xəstəlikləri daha çox olur.

Alimlərin fikrincə, sabit yuxu rejimi təhlükəli xəstəliklərin inkişafı və erkən ölüm ehtimalını 48% azalda bilər. Bununla belə, vacib olan təkcə rejim deyil: altı saatdan az və ya doqquz saatdan çox davam edən yuxu da sağlamlığa, o cümlədən emosional vəziyyətə mənfi təsir göstərə bilər.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun