Tibbi xəbərlər
Alimlər bir neçə həftə ərzində təzyiqi aşağı salan
Tibbi xəbərlər

Alimlər bir neçə həftə ərzində təzyiqi aşağı salan dərman tapıblar

Kaliforniya Universitetinin San Dieqo Tibb Məktəbinin mütəxəssisləri nəzarətsiz və ya müalicəyə davamlı hipertansiyonu olan insanlar üçün potensial yeni müalicə üsulunu müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqat dərmanı lorundrostat son klinik sınaqda ümidverici nəticələr göstərdi.

New England Journal of Medicine-də dərc edilən bir araşdırmaya görə, lorundrostat qəbul edən iştirakçılar sistolik qan təzyiqində (qan təzyiqi göstəricilərinin yuxarı həddi) orta hesabla 15 ballıq azalma yaşadılar.

Klinik sınaqda 285 nəfər iştirak edib. Bütün könüllülər 12 həftə ərzində standart antihipertenziv dərman aldılar. Üç həftədən sonra 190 nəfər də aldosteron hormonunun istehsalını dayandıran tədqiqat dərmanını qəbul etməyə başladı və 95 nəfər plasebo qəbul etdi.

Mütəxəssislər izah ediblər ki, aldosteron hormonu orqanizmdə qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır və onun tənzimlənməsi pozularsa, bu, hipertoniyanın inkişafına kömək edə bilər.

Gələcəkdə alimlər dərmanın daha geniş miqyaslı tədqiqatını aparmaq niyyətindədirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun