Tibbi xəbərlər
Alimlər arıqlamanın bioloji mexanizmini
Tibbi xəbərlər
58

Alimlər arıqlamanın bioloji mexanizmini kəşf etdilər

Alimlər yağların necə kalori yandırmağa başladığını izah edən yeni mexanizmi aşkar ediblər.

E-saglam.az xəbər verir ki, ABŞ-də aparılan araşdırmaya görə, bədəndə sistein adlı amin turşusunun azalması, yağ hüceyrələrinin enerjini saxlayan “ağ” formada qalması əvəzinə, istilik və enerji yandıran “qəhvəyi” formaya çevrilməsinə səbəb olur.

Siçanlar üzərində aparılan təcrübədə, sisteini istehsal etməyən heyvanların bir həftə ərzində çəkilərinin 25-30 faizini itirdiyi müşahidə olunub. İnsanlarda aparılan pəhriz araşdırmalarının məlumatları da göstərib ki, sistein səviyyəsi azaldıqca yağ toxumaları daha aktiv enerji sərf etməyə başlayır.

Mütəxəssislər bildirirlər ki, bu kəşf gələcəkdə arıqlama strategiyalarına yeni yanaşma gətirə bilər. Bununla belə, sisteinin tamamilə bloklanması təhlükəli ola bilər, çünki bu amin turşusu bədənin digər həyati funksiyaları üçün də vacibdir.

Araşdırmanın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun