Yandex watch
Alimlər 117 il yaşayan qadının uzunömürlülüyünü araşdırdı -

117 yaşına qədər yaşamış Maria Branyas Morera uzun ömrünü “uğur və yaxşı genlər”lə əlaqələndirirdi. Alimlərin araşdırmaları onun genetik quruluşunun hüceyrələrini 17 yaş daha gənc saxladığını və bağırsaq mikrobiotasının körpəninkinə bənzədiyini göstərib.

Emlakbazari.az

E-saglam.az Branyas həyatının sonuna qədər zehni aydınlığını qoruyub, yalnız qocalıqda oynaq ağrısı və eşitmə itkisi yaşayıb. O, Aralıq dənizi pəhrizi ilə qidalanıb, hər gün qatıq yeyib, siqaret və spirtli içkilərdən uzaq olub, müntəzəm gəzməyə və ailəsi ilə vaxt keçirməyə üstünlük verib. Alimlər hesab edirlər ki, bu vərdişlər onun uzun və sağlam ömründə mühüm rol oynayıb.

Branyas 1907-ci ildə ABŞ-da doğulub, İspaniyada böyüyüb və Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi, 1918-ci il qripi və COVID-19 pandemiyası kimi hadisələrin şahidi olub. 113 yaşında COVID-19-a yoluxsa da, simptomlar olmadan sağalıb.

2023-cü ildə Ginnesin Rekordlar Kitabı onu dünyanın ən yaşlı insanı elan edib. O, uzun ömür sürməyin sirrini “nizam, sülh, ailə, dostlarla yaxşı münasibət, təbiətlə təmas, emosional tarazlıq və mənfi insanlardan uzaq durmaq” kimi izah edib.

Branyas 2023-cü ilin avqustunda, 117 yaşında Kataloniyada vəfat edib. Onun ölümündən sonra 116 yaşlı braziliyalı İnah Canabarro Lukas dünyanın ən yaşlı insanı hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az