"Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub".
E-saglam.az xəbər verir ki, bu barədə İlkin Həsəni məlumat yayıb.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
15:52
Aktyor Azər Baxşəliyev vəfat edib.
E-saglam.az xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.
Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.