Xəbərlər
Akademik Yaqub Mahmudova ağır itki üz verdi
Xəbərlər
331

Akademik Yaqub Mahmudova ağır itki üz verdi

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib.

E-saglam.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib.

Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Günay Nəciyevanın akademikə ünvanladıqları başsağlığında bildirilib.

“Azərbaycan təhsilinə ağır itki üz verib. Dəyərli ziyalımız Almas Mahmudova 22 aprel 2024-cü ildə vəfat edib.

Almas xanım BDU‐nun Mexanika‐riyaziyyat fakültəsini bitirib. Azərbaycan Ensiklopediyasında redaktor və Bakının bir neçə məktəbində riyaziyyat müəllimi işləyib.

Görkəmli tarixçimiz Yaqub Mahmudova həyat yoldaşı, pedaqoq Almas xanımın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət etsin!”, - başsağlığında deyilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun