Sağlamlıq
Ağrını yüngülləşdirən, qripə qalib gələn
Sağlamlıq

Ağrını yüngülləşdirən, qripə qalib gələn ÇAY

E-saglam.az xəbər verir ki, bundan əlavə, zəncəfil çayı həzm sistemini dəstəkləyir, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Müntəzəm istifadəsi həzm problemlərinin aradan qaldırılmasına və çəki artımının qarşısının alınmasına kömək edir. 

Zəncəfil çayı həmçinin qan dövranını sürətləndirir, dərini möhkəmləndirir və bədənin görünüşünü yaxşılaşdırır. Mütəmadi olaraq belə çayın içilməsi arıqlamağa da kömək edir.

Zəncəfil çayının hazırlanması sadədir: təzə zəncəfil kökü nazik dilimlənir və qaynar suya əlavə edilərək bir neçə dəqiqə dəmlənir. Zövqə görə bal və ya limon əlavə edilə bilər. 

Lakin, zəncəfil çayının həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər. Xüsusilə xroniki xəstəlikləri olan insanlar, hamilə və ya süd verən qadınlar bu çayı istehlak etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. 

Nəticə etibarilə, zəncəfil çayı sağlamlığa çoxlu müsbət təsirləri ilə gündəlik qida rasionuna əlavə edilməli bir içkidir. Lakin hər hansı bir sağlamlıq problemi olan insanların bu çayı qəbul etməzdən əvvəl mütəxəssis məsləhəti almaları vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun