Sağlamlıq
Ağıllı saatlarda gizli təhlükə:
Sağlamlıq

Ağıllı saatlarda gizli təhlükə: 22 smart saat və fitnes qolbaqları araşdırıldı

Müasir dövrün vazkeçilməz cihazlarından olan ağıllı saatlar və fitnes qolbaqları bəzi gizli təhlükələr daşıya bilər.

E-saglam.az xəbər verir ki, araşdırmalar bu cihazların bəzi modellərində zərərli "əbədi kimyəvi maddələr" (PFAS) olduğunu göstərir. Bu maddələr xüsusilə dəridən keçərək sağlamlıq üçün risk yarada bilər.

Pfas nədir və necə təhlükəlidir?

PFAS, suya, tər və yağa davamlılığı ilə texnoloji məhsullarda geniş istifadə olunur. Araşdırmalar göstərib ki, bəzi fitnes qolbaqları PFHxA adlı PFAS tərkibli maddələr ehtiva edir. Bu kimyəvi maddələrin dəridən udulması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Araşdırmanın təfərrüatları

Scripps Tədqiqat İnstitutunun araşdırmasında 22 ağıllı saat və fitnes qolbağı analiz edilib. Flüorlu elastomer qolbaqların əksəriyyətində flüor izləri aşkarlanıb, bahalı modellərdə isə bu kimyəvilərin səviyyəsi daha yüksək olub. 9 qolbaqda PFHxA aşkar edilib, bəzi nümunələrdə bu dəyər 16.000 ppb-i keçib.

Sağlamlığa təsirləri

Hələ ki, PFHxA-nın insan dərisinə təsiri tam bilinmir. Bununla belə, son tədqiqatlar bu maddələrin dəridən udulmasının əhəmiyyətli olduğunu göstərir. Uzunmüddətli istifadənin sağlamlığa mümkün təsirləri də araşdırılmalıdır.

Tədqiqatçılardan məsləhətlər

Araşdırma müəllifləri daha ucuz, silikon əsaslı qolbaqların seçilməsini tövsiyə edir. Bahalı qolbaq almağı düşünənlər məhsulun tərkibini diqqətlə yoxlamalı, "flüorlu elastomer" olmayan modellərə üstünlük verməlidirlər.

Bu araşdırma texnoloji cihazların sağlamlığa mümkün təsirlərini bir daha gündəmə gətirir. Geyilə bilən texnologiyaları seçərkən diqqətli olmaq sağlamlıq üçün vacibdir.

Könül Oruc

 E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun