Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
E-saglam.az xəbər verir ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Bəxtiyar Yaqub oğlu Abbasov mina partlayışı nəticəsində xəsarət alıb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
© Report.az
E-saglam.az