Faydalı
Ağcaqanadlar ən çox
Faydalı
230

Ağcaqanadlar ən çox bu insanları sancır - həkim açıqladı

Yay aylarında bəzi insanların ağcaqanadların hücumuna daha çox məruz qaldığı, digərlərinin isə dişləmələrdən demək olar ki, əziyyət çəkmədiyini hamı müşahidə edib.

E-saglam.az xəbər verir ki, gemotest laboratoriyasının tibb eksperti Olqa Ulankina ağcaqanadların niyə bu qədər seçici olduğunu açıqlayıb.

Mütəxəssisə görə, ağcaqanadların insanlara cəlb olunması təsadüfi deyil - bu, metabolik xüsusiyyətlərdən, sağlamlıq vəziyyətindən və həyat tərzindən asılıdır. Həşəratlar insan bədəninin yaydığı karbon qazı, ammonyak, süd turşusu və tər kimi qoxulara reaksiya verir. Yaxınlaşdıqda isə bədən istiliyini hiss edirlər.

Ən çox dişlənən insanlar üç kateqoriyaya aiddir.

Birincisi idmançılardır - aktiv maddələr mübadiləsi və güclü tərləmə səbəbindən onların bədəni həşəratları cəlb edən daha çox maddə ifraz edir.

İkincisi hamilə qadınlardır - hormonal dəyişikliklər və bədən istiliyinin artması ağcaqanadları daha çox cəlb edir.

Üçüncüsü isə sadə karbohidratları həddindən artıq istehlak edən insanlardır - bu, orqanizmin ifraz etdiyi maddələrin tərkibini dəyişdirə bilər.

Spirtli içki qəbul etmiş insanlar da risk altındadır. Tədqiqatlar göstərir ki, hətta az miqdarda spirtli içki belə bədən istiliyini artırır, qan damarlarını genişləndirir və karbon qazı istehsalını artırır - bütün bunlar həşəratlar üçün əlavə cəlbedici amillərdir.

Diabet xəstələri isə xüsusi diqqətə layiqdir. Karbohidrat mübadiləsinin pozulması tərin tərkibini dəyişdirir və qlükoza səviyyəsindəki dalğalanmalar bədən qoxusuna təsir göstərərək ağcaqanadları cəlb edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun