Faydalı
Ağcaqanad dişlədikdən sonra
Faydalı

Ağcaqanad dişlədikdən sonra qaşınmanı rahatladan ikili təbii qarışım

Yay aylarında ağcaqanad dişləmələri qaşınma və narahatlıqla müşayiət olunur.

E-saglam.az xəbər verir ki, bu hallarda evdə asanlıqla hazırlana bilən təbii qarışım – çörək soda və sudan ibarət məcun – vəziyyəti yüngülləşdirmək üçün təsirli və təhlükəsiz bir üsuldur.

İki tərkibli təsirli məhlul

Çörək soda dərinin pH balansını tənzimləmək və qıcıqlanmanı azaltmaq xüsusiyyətinə malikdir. Su ilə qarışdırılaraq məcun halına gətirilən bu qarışım ağcaqanad dişləməsinin yaratdığı qaşınmanı və qızartını azaltmaq üçün faydalı ola bilər.

Necə tətbiq olunur?

Hazırladığınız soda məcununu birbaşa dişləmə nahiyəsinə çəkin və təxminən 10 dəqiqə saxlayın. Daha sonra dəri ilıq su ilə yuyula bilər. Bu üsul, qısa zamanda rahatlama hissi verə bilər.

Diqqət edilməli məqamlar

Baxmayaraq ki, bu üsul təbii hesab olunur, hər bir insanın dəri tipi fərqlidir. Həssas dərisi və ya allergiyası olan şəxslər bu qarışımı tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.

Təbii üsulların üstünlüyü

 

Kimyəvi maddələr əvəzinə təbii və ev şəraitində asanlıqla hazırlanan reseptlər həm təhlükəsiz, həm də qənaətcildir. Soda və su qarışığı, xüsusilə təbii üsullara üstünlük verənlər üçün yay mövsümündə əvəzsiz bir dəstək vasitəsi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun