Sağlamlıq
Ağcaqanad dərmanlarının ziyanı
Sağlamlıq

Ağcaqanad dərmanlarının ziyanı

Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.

Ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydaları var.

Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləni xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır. 

Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir?

E-saglam.az xəbər verir ki, allerqoloq Təhminə Ağayeva Hit.az-a deyib ki, ağcaqanad dərmanlarının tərkibində toksiki maddələr daha sıxdır:

 "Xüsusən də tüstü şəklində yandırılan dərmanlarda toksiklik dərəcəsi daha çoxdur. Onların tərkibində xüsusi maddələr var ki, həmin maddələr insanın daha çox sinir sisteminə mənfi təsir göstərir. Həşərat dərmanlarından zəhərlənmə zamanı ürəkbulanma, mədə ağrıları, halsızlıq, iştahasızlıq, müxtəlif dəri səpkiləri müşahidə olunur. Dar otaqlarda gündəlik dərmanların istifadəsi həm böyüklərə, həm də uşaqlara çox zərərlidir. Uşaqların orqanizmi daha həssas olduğu üçün həşərat dərmanları onlara daha toksiki təsir göstərir. Dərmanların tərkibində ziyanlı maddələr, xüsusən də fosfor birləşmələri mövcuddur. Ağcaqanad dərmanları orqanizmdə allergiyanın güclənməsinə səbəb olur. Ümumiyyətlə, istifadə formasından asılı olmayaraq, bütün növ həşərat dərmanları orqanizm üçün zərərli hesab oluna bilər”.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun