Xəbərlər
Ağadadaş Ağayevlə bağlı
Xəbərlər
249

Ağadadaş Ağayevlə bağlı QƏRAR VERİLDİ

Müğənni, Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

Lent.az-ın məlumatına görə, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyulması üçün barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması ilə bağlı xəbər verilmişdi. Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsi və fondlara borcu yaranıb. Sənətçi bu borcları vaxtında ödəmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən çıxışına qadağa qoyulması haqqında Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

"Hüquqi dövlətdə yaşayırıq, məhkəmə qərarından sonra nəticə bilinəcək".

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev Baku TV-yə açıqlamasında deyib.

O, jurnalistin "qarşı tərəflə barışıq ola bilərmi?" sualına "hər şey ola bilər", - deyə cavab verib.

A.Ağayev hazırda səhhətində heç bir problem olmadığını bildirib:

"Əvvəllər bir az problem var idi. O da müalicə ilə keçdi".

Daha ətraflı Baku Tv-nin süjetində:

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun