Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Daxili İşlər Nazirliyindən LentAz-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.
Bu barədə ətraflı məlumat veriləcək.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
***
E-saglam.az “News24.az”a istinadən xəbər verir ki, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
E-saglam.az